9-cu dəfə Asiyanın ən yaxşısı
Futbol üzrə Cənubi Koreya milli komandasının kapitanı Son Hın Min ardıcıl 7-ci dəfə Asiyada ilin futbolçusu adına layiq görülüb.
Mediasport.az xəbər verir ki, bu, ümumilikdə "Tottenhem"in forvardının 9-cu belə nailiyyətidir.
Son səsvermədə “Bavariya”da oynayan həmyerlisi Kim Min Çeni qabaqlayıb.
Qeyd edək ki, mükafat Asiya Futbol Konfederasiyasını təmsil edən futbolçulara verilir.