38 yaşlı Kriştianu Ronaldu növbəti dəfə futbol tarixinə adını yazdırıb
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Pro Liqanın 18-ci turunun "Əl-İttihad"la qarşılaşmasında dubl edərək 2023-cü ildə vurduğu qol sayına görə dünya rekordçusu olub.
Mediasport.az xəbər verir ki, komandasının 5:2 hesablı səfər qələbəsində pay sahibi olan 38 yaşlı superulduz hər hissədə bir qol vurub.
Beləcə, Ronaldunun 2023-cü ildə vurduğu qolların sayı 53-ə çatıb. O, PSJ-dən Kilian Mbappe və "Bavariya"dan Harri Keyni (hər ikisi 52 qol) geridə qoyub.
Qeyd edək ki, dünya futbolu tarixində indiyədək bu yaşda bir mövsümə rəsmi 50 qol həddini keçən futbolçu olmayıb.