Renat Dadaşov İsveçrədə ilk dövrənin rəmzi heyətində yer aldı - FOTO

Renat Dadaşov İsveçrədə ilk dövrənin rəmzi heyətində yer aldı - FOTO

İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.

mediasport.az xəbər verir ki, "Qrasshopper" və Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da həmin heyətdə özünə yer edə bilib.

Dadaşov bu mövsüm meydana çıxdığı 15 görüşdə 4 qol vurub, 1 assist edib. Onun komandası 16 turdan sonra 20 xalla 7-ci pillədədir.