Şahruddin "Beşiktaş"a, Dadaşov "Alanyaspor"a qarşı - Superliqa
Bu gün Türkiyə Superliqasında 22-ci tura start veriləcək.
Mediasport.az xəbər verir ki, birinci oyun günündə 3 qarşılaşma keçiriləcək.
Açılış matçında futbol üzrə Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" evdə "Alanyaspor"la görüşəcək.
Yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" İstanbul səfərində "Beşiktaş"la üz-üzə gələcək.
Çempionatın turnir cədvəlində Adana təmsilçisi 30 xalla 6-cı, Hatay klubu isə 21 xalla 17-ci pillədə qərarlaşıb.
Türkiyə Superliqası. 22-ci tur
18:00 "Hatayspor" - "Alanyaspor"
21:00 "Beşiktaş" - "Adana Dəmirspor"
21:00 "Pendikspor" - "Kasımpaşa"