Milli futbolçumuzun komandası Cənubi Koreyada 1/8 finala çıxdı
Futbol üzrə Cənubi Koreya Kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.
mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” doğma meydanda “Geoje” ilə qarşılaşıb.
Antonun komandasının 4:1 hesablı qələbəsi ilə başa çatan görüşdə yığmamızın üzvü 90 dəqiqə meydanda olub.
“Daejeon” 1/8 finalda “Jeju Yunayted”lə qarşılaşacaq. Görüş mayın 24-də rəqib meydanında baş tutacaq.