Ramil Şeydayev qol ötürməsi etdi, komandası qalib gəldi - VİDEO

Ramil Şeydayev qol ötürməsi etdi, komandası qalib gəldi - VİDEO

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubunda ikinci oyununa çıxıb.

MediaSport.az xəbər verir ki, Buriram təmsilçisi yoxlama matçı çərçivəsində Honkonqun "Kitçi" klubu ilə qarşılaşıb və qələbə qazanıb - 3:2.

Oyuna start heyətində çıxan Şeydayev 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə verib.

Qeyd edək ki, futbolçumuzun komandası 2 gün əvvəl yerli "Utay Tani"ni 2:1 hesabı ilə məğlub etmişdi.