RƏSMİ: İlkay Gündoğan yenidən "Mançester Siti"də çıxış edəcək

RƏSMİ: İlkay Gündoğan yenidən "Mançester Siti"də çıxış edəcək

"Barselona"nın futbolçusu İlkay Gündoğan "Mançester Siti"yə geri dönüb.

Mediasport.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü bu barədə rəsmi "Instagram" hesabında paylaşım edib.

"Şəhərlilər"in rəsmi saytı və sosial şəbəkə hesablarında da bu xəbər təsdiqini tapıb.

İlkay 2016-2023-cü illərdə son İngiltərə çempionunun formasını geyinib.

O, ötən mövsümü "Barselona"da keçirib, 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə ilə yadda qalıb.