AVRO-2024: Niderland yığmasının yekun heyəti müəyyənləşdi

AVRO-2024: Niderland yığmasının yekun heyəti müəyyənləşdi

Futbol üzrə Avropa çempionatının gizli favoritlərindən Niderland milli komandasının yekun heyəti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, baş məşqçi Ronald Kuman 26 nəfərlik siyahını UEFA-ya təqdim edib.

"Narıncılar" Almaniyada təşkil olunacaq qitə birinciliyinin D qrupunda Fransa, Avstriya və Polşa ilə mübarizə aparacaqlar.

Qapıçılar: Bart Verbrüggen (“Brayton”, İngiltərə), Castin Baylo (“Feyenoord”), Mark Flekken (“Brentford”, İngiltərə);

Müdafiəçilər: Lüsarel Gertreida (“Feyenoord”), Matteyis de Lixt (“Bavariya”, Almaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Natan Ake (“Mançester Siti”, İngiltərə), Stefan de Vrey (“İnter”, İtaliya), Ceremi Frimponq (“Bayer”, Almaniya), Mikki van de Ven (“Tottenhem”, İngiltərə), Deyli Blind (“Jirona”, İspaniya), Denzel Dümfris (“İnter”, İtaliya);

Yarımmüdafiəçilər: Xavi Simons ("Leypsiq", Almaniya), Jorjinyo Veynaldum (“Əl-İttifaq”, Səudiyə Ərəbistanı), Tiyani Reynders (“Milan”, İtaliya), Coey Verman, Yerdi Şouten, (hər ikisi PSV), Tön Kopmeyners (“Atalanta”, İtaliya), Frenki de Yonq (“Barselona”, İspaniya), Rayan Qravenberx (“Liverpul”, İngiltərə);

Hücumçular: Vot Veqhorst ("Hoffenhaym", Almaniya), Memfis Depay ("Atletiko" M., İspaniya), Kodi Qakpo (“Liverpul”, İngiltərə), Donyell Malen (“Borussiya” D., Almaniya), Brayan Brobbi, Stiven Berqveyn (hər ikisi "Ayaks").