Merih Demiral AÇ-lərdə vurulan erkən qol sıralamasında 2-ci oldu
Futbolsevərlər üçün əsl bayram olan Futbol üzrə 17-ci Avropa çempionatı sona yaxınlaşır.
Mediasport.az xəbər verir ki, Almaniyada keçirilən turnirdə maraqlı statistik göstəricilər diqqət cəlb edir. Onlardan biri də turnir ərzində vurulmuş erkən qollarla bağlıdır.
Xatırladaq ki, 1/8 final mərhələsində baş tutan Avstriya - Türkiyə (1:2) matçında "ay-ulduzlular"ın ilk qolunun müəllifi Merih Demiral sıralamada 2-ci olub.
Avropa çempionatlarında vurulmuş erkən qollar:
1. Nedim Bayrami, Albaniya (2024) - 0:23
2. Merih Demiral, Türkiyə (2024) - 0:57
3. Dmitri Kiriçenko, Rusiya (2004) - 1:07
4. Yuri Tilemans, Belçika (2024) - 1:13
5. Emil Forsberq, İsveç (2021) - 1:22
6. Xviça Kvaratsxeliya, Gürcüstan (2024) - 1:32