Respublika Birinciliyi keçiriləcək

  Respublika Birinciliyi keçiriləcək

22-23 oktyabrda 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə Təhsil RİM Respublika Birinciliyi keçiriləcək.

Mediasport.az xəbər verir ki, yarışda Bakı və regionlardan 13 idman təşkilatından olan 170 cüdoçu medallar uğrunda mübarizə aparacaq. 

Turnirdə yeniyetmə oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olacaq.