"Azərbaycanda cüdo ilə məşğul olan qızların sayı artıb" - Baş katib
Azərbaycanda cüdo ilə məşğul olan idmançıların sayı artıb.
Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu məlumat verib.
Federasiya rəsmisi Milli Mətbuat Günü münasibətilə təşkil olunan tədbirdə qurumun son iki ildə gördüyü işlərdən və qarşıdakı hədəflərdən danışıb.
R.Rəsullu bildirib ki, 2022-ci ilin yanvar ayında Azərbaycanda cüdoçuların sayı 16000 olub, hazırda isə say 19500 nəfərdir.
O, qız cüdoçuların da sayında artım olduğunu vurğulayıb.
ACF rəsmisinin sözlərinə görə, qurum 2022-ci ildən Bakı və rayonlarda 86 idman zalına ümumilikdə 6214 tatami paylayıb.
Eyni zamanda 1224 yeniyetmə və gənc idmançının pulsuz məşq etməsinə şərait yaradılıb.