"Böyük Dəbilqə"də daha 4 cüdoçumuz mübarizəyə başlayır
Bu gün Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirində ikinci günün görüşləri keçiriləcək.
Mediasport.az xəbər verir ki, Azərbaycanın daha 4 cüdoçusu 2 çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Kişilər arasında Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmalıdırlar.
Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımızdan yalnız Kamran Süleymanov bürünc medal qazanıb.