"Bavariya" - "Real" cütünün finalçısı İspaniyada müəyyənləşəcək
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları start götürüb.
Mediasport.az xəbər verir ki, gecənin matçı Münhendə keçirilib.
“Bavariya” Madrid səfəri öncəsi sərfəli nəticə qazanmağa çalışıb, görüş "sülh"lə başa çatıb.
Cavab dueli mayın 8-də İspaniyada olacaq.
Raundun PSJ - "Borussiya" (Dortmund) qarşılaşması bu gecə oynanılacaq.
UEFA Çempionlar Liqası. Yarımfinal. İlk oyun
23:00 "Bavariya" (Almaniya) - "Real" (İspaniya) 2:2
Qollar: Leroy Sane, 53, Harri Keyn, 57-pen., - Vinisius Junyor, 24, 83-pen.
Baş hakim: Kleman Türpin (Fransa).
Almaniya, Münhen, "Alyans Arena" stadionu.