Messi SON qərarını verdi

Messi SON qərarını verdi

Gələn ay Qətərdə start götürəcək Dünya çempionatı Argentina millisinin kapitanı Lionel Messi üçün sonuncu mundial olacaq.

MediaSport.az xəbər verir ki, bunu Fransa mətbuatına açıqlamasında  PSJ-nin ulduzu deyib.
35 yaşlı Messi "DÇ-2022"nin onun üçün milli səviyyəsində sonuncu belə yarış olacağını bildirib: "Artıq qərar vermişəm, bu dünya çempionatı sonuncudur".

Argentina yığması Dünya çempionatının "C" qrupunda Səudiyyə Ərəbistanı, Meksika və Polşa milliləri ilə bir qrupda mübarizə aparacaq.