Avropa Liqasının 2-ci təsnifat mərhələsində 9 oyun keçirilib
Futbol üzrə UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk görüşləri keçirilib.
Mediasport.az xəbər verir ki, raunda çərçivəsində 9 oyun baş tutub.
Türkiyənin yarışda yeganə təmsilçisi "Trabzonspor" Slovakiya səfərində qələbə qazanıb.
1-ci təsnifatda "Zirə"ni mübarizədən kənarlaşdıran "Şerif" isə doğma Tiraspolda uduzub.
Cavab qarşılaşmaları bir həftə sonraya təyin edilib.
UEFA Avropa Liqası. 2-ci təsnifat mərhələsi. İlk oyunlar
"Visla" (Polşa) - "Rapid" (Avstriya) 1:2
"Rujemberok" (Slovakiya) - "Trabzonspor" (Türkiyə) 0:2
"Korvinul" (Rumıniya) - "Riyeka" (Xorvatiya) 0:0
"Mölde" (Norveç) - "Silkeborq" (Danimarka) 3:1
"Şerif" (Moldova) - "Elfsborq" (İsveç) 0:1
"Panatinaikos" (Yunanıstan) - "Botev" (Bolqarıstan) 2:1
"Ayaks" (Niderland) - "Voyvodina" (Serbiya) 1:0
"Kilmarnok" (Şotlandiya) - "Serkl Brügge" (Belçika) 1:1
"Braqa" (Portuqaliya) - "Makkabi" (Petah Tikva, İsrail) 2:0