Ronaldo "Əl Nəsr"də debüt edəcək

Ronaldo "Əl Nəsr"də debüt edəcək

Portuqaliyalı ulduz Kriştiano Ronaldonun “Əl-Nəsr”in heyətində ölkə çempionatında debüt edəcəyi tarix müəyyənləşib.

mediasport.az xəbər verir ki, 38 yaşlı hücumçu bu gün keçiriləcək liqada ilk görüşünə çıxacaq.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttifaq”la qarşılaşacaq. Oyun Bakı vaxtilə saat 21:30-da başlanacaq. Ronaldonun komandası 14 turdan sonra aktivindəki 30 xalla bir matç artıq keçirmiş lider "Əl İttihad"dan 1 xal geri qalır.