Ötən ilin ən yaxşıları
UEFA ötən mövsümün ən yaxşılarını açıqlayıb.
Mediasport.az xəbər verir ki, 2022/2023-cü illər mövsümünün ən yaxşı futbolçusu Norveç milli komandası və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland seçilib.
Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bröyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.
Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.
2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi İngiltərənin “Mançester Siti” klubunun çalışdırıcısı Xosep Qvardiola olub. İspaniyalı səsvermədə İtaliyanın “İnter” klubundakı həmkarı Simone İnzagi və ötən mövsüm “Napoli”nin “sükanı arxası”nda olan Luçano Spalyettini qabaqlayıb.