"Sabah" Xorvatiya millisinin kapitanını transfer etdi
FİBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirən “Sabah” Basketbol Klubu Xorvatiya millisinin üzvü Pavle Marçinkoviçlə 1 illik müqavilə imzalayıb.
Mediasport.az xəbər verir ki, Xorvatiya millisinin kapitanı universallığı ilə seçilir.
34 yaşlı təcrübəli basketbolçu Xorvatiya, Bolqarsıtan və Kipr klublarında çıxış edib.
Son olaraq ölkəsində “Cedevita Junior” klubunda forma geyinmiş Marçinkoviç karyerası ərzində 3 dəfə Xorvatiya çempionu olub, 1 dəfə Xorvatiya Kubokunu qazanıb.