"Neftçi"dən ardıcıl üçüncü məğlubiyyət - Basketbol Liqası

"Neftçi"dən ardıcıl üçüncü məğlubiyyət - Basketbol Liqası

Azərbaycan Basketbol Liqasında 8-ci tura start verilib.

mediasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Günün dramatik matçı NTD ilə "Sərhədçi" arasında oynanılıb. Son saniyələrə qədər qızğın mübarizənin getdiyi duelin yekununda sevinən tərəf 1 xal fərqlə "sərhədçilər" olublar - 93:92.

Ardıcıl 2 tur idi meydanı məğlub tərk edən "Neftçi" İK bu dəfə də qələbəyə həsrət qalıb. Komanda "AAAF Xırdalan"a 15 xal fərqi ilə uduzub - 68:83.

Turun "Zirvə" (Astara) - "Sabah" və "Olimpik" (Şəki) - "Gəncə" oyunları dekabrın 3-4-də keçiriləcək.