Yeni yaradılmış "Lənkəran" klubunun baş məşqçisi məlum oldu

Yeni yaradılmış "Lənkəran" klubunun baş məşqçisi məlum oldu

Azərbaycan Basketbol Liqasının 2024/25-ci illər mövsümündə debüt edəcək "Lənkəran" komandasının baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yeni yaradılmış klubu belaruslu Georgi Kondruseviç çalışdıracaq.

Mütəxəssisin köməkçisi türkiyəli Alperen Kılıçoğlu olacaq.

Cənub təmsilçisi ev oyunlarını Lənkəran Olimpiya İdman Kompleksində keçirəcək.