Federasiya prezidentindən Qurban Qurbanova təşəkkür və müraciət

Federasiya prezidentindən Qurban Qurbanova təşəkkür və müraciət

Azərbaycan Basketbol Federasiyasının rəhbəri Emin Əmrullayev sosial şəbəkə hesabında "Qarabağ" futbol klubu ilə bağlı paylaşım edib.

Mediasport.az xəbər verir ki, elm və təhsil nazirinin paylaşımında Ağdam klubu futbolçularının basketbol oynaması əksini tapıb.

E.Əmrullayev basketbolun təşviqinə görə Qurban Qurbanova təşəkkür edib:

"Qarabağ" klubunun futbolçularının basketbol məharəti! Afərin! Basketbolun təşviqinə görə Qurban Qurbanova xüsusi təşəkkür edirəm.

"Qarabağ" Futbol Klubunu Avropa Çempionlar Liqasının qrup mərhələsində, "Qarabağ" Basketbol Klubunu isə Azərbaycan Basketbol Liqasında görmək ümidi ilə...".

Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında hazırda 10 komanda mübarizə aparır və yeni sezondan liqada 12 komandanın yarışacağı gözlənilir.