"Sabah"dan vacib qələbə

"Sabah"dan vacib qələbə

Azərbaycan Basketbol Liqasında 15-ci turun daha bir oyunu keçirilib.

mediasport.az xəbər verir ki, Sərhədçi İdman Mərkəzində keçirilmiş "Sabah" - "Zirvə" (Astara) qarşılaşması kifayət qədər maraqlı və gərgin alınıb.

Yekunda az fərqlə sevinən tərəf "Sabah" olub - 75:71. Ən məhsuldar basketbolçular paytaxt klubundan Entoni Patti (21 xal, 8 ribaund), bölgə təmsilçisindən isə Cerret Henderson (20 xal, 11 ribaund) olub.