Millimizin üzvü Cənubi Kaliforniya Akademiyasında təhsil alacaq

Millimizin üzvü Cənubi Kaliforniya Akademiyasında təhsil alacaq

Gənc basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Hüseyn Qaflanov karyerasını daha üst səviyyədə davam etdirmək üçün federasiyanın dəstəyi ilə ABŞ-a yola düşəcək.

Mediasport.az xəbər verir ki, 210 santimetr boya malik istedadlı oyunçu bu idman növünün sirlərinə daha yaxından yiyələnmək üçün 1 il müddətinə Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və hazırlıq kursları keçəcək.

Hazırlıq prosesində basketbolçuya peşəkar mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq.