ABL-də 4-cü tura start verilib

ABL-də 4-cü tura start verilib

Azərbaycan Basketbol Liqasında 4-cü tura start verilib.

Mediasport.az xəbər verir ki, turun açılış matçında lider “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo” ilə qarşılaşıb.

Görüş Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə başa çatıb.

Bu gün həmçinin “Sumqayıt” – “Neftçi” dueli baş tutacaq.

Tura noyabrın 18-19-da keçiriləcək oyunlarla yekun vurulacaq.

4 matçda 7 xal toplayan “Xəzri” turnir cədvəlinə başçılıq edir, hər 3 oyunu qələbə ilə yekunlaşdıran “NTD-İndiqo” 6 xalla ikinci pillədə qərarlaşıb.