Bakı ilk dəfə dünya kubokunun oyunlarına ev sahibliyi edəcək

Bakı ilk dəfə dünya kubokunun oyunlarına ev sahibliyi edəcək

3x3 üzrə dünya kubokunun oyunları ilk dəfə Azərbaycanda keçiriləcək.

Mediasport.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası (ABF) ilə FİBA arasında imzalanmış müqaviləyə görə, gələn ilin seçmə mərhələ oyunlarına paytaxt Bakı ev sahibliyi edəcək.

24-25 martda baş tutacaq qarşılaşmalarda 6 kişi və 6 qadın milli komandaları əsas mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaqlar. Hər 2 yarışda Azərbaycan yığmaları da iştirak edəcəklər.

Kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 komandası dünya kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.