"Belə məğlubiyyət gözləmirdik"

  "Belə məğlubiyyət gözləmirdik"

"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının 2024/2025 mövsümünün 1-ci turunun "Gəncə" ilə oyunundan sonra (75:90) fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, belaruslu çalışdırıcı məğlubiyyətin əsas səbəbini müdafiə ilə əlaqələndirib:

"Səbətin altında topu çox itirdik. Uzaq məsafəli atışlarda uğursuz idik. Belə məğlubiyyət gözləmirdik. Düşünürəm ki, oyunçularımla oyunumuzu yaxşılaşdırmaq üçün çalışacağıq. Üzərində işləyəcəyimiz çox məsələ var. Rəqib bizdən daha yaxşı görünürdü".

Georgi azarkeşlər barədə də danışıb:

"Bu gün arenada olub, bizə dəstək olmağa çalışan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələn oyunda daha inamlı olacağıq və bugünkü səhvləri buraxmayacağıq".

Xatırladaq ki, bölgə təmsilçisinin növbəti rəqibi "Sumqayıt" olacaq.