Şahmatçımız "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub
Azərbaycan şahmatçısı Məhəmməd Muradlı Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən "Dubai Open 2024" beynəlxalq turnirinin qalibi olub.
Mediasport.az xəbər verir ki, təmsilçimiz sonuncu - 9-cu turda çinli Dai Çanqrenlə xalları yarı bölsə də, ldierliyini qoruyaraq yarışı birinci yerdə tamamlayıb.
Ümumilikdə 7 xalla qalib adını qazanan Məhəmməd 16 000 ABŞ dollar mükafat əldə edib.
6,5 xal toplayan digər şahmatçımız Eltac Səfərli 2-6-cı yerləri bölüşdürüb. O, əlavə əmsallara görə 6-cı yeri tutub.