Millilərimizin Avropa çempionatı üçün heyətləri məlum olub

Millilərimizin Avropa çempionatı üçün heyətləri məlum olub

Noyabrın 10-dan 21-dək Monteneqronun Budva şəhərində keçiriləcək şahmat üzrə komandalar arasında Avropa çempionatında iştirak edəcək millilərimizin heyətləri açıqlanıb.

Mediasport.az xəbər verir ki, mötəbər yarışda ölkəmizi kişi şahmatçılardan ibarət komandada kapitan Qədir Hüseynov olmaqla, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov, Rauf Məmmədov və Vasif Durarbəyli təmsil edəcəklər.

Qadın şahmatçılardan ibarət yığmaya isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunublar. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevski olacaq.