Şahruddinin komandası Samsun səfərində 1 xal qazanıb - VİDEO
Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə Superliqasında növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, yığmamızın üzvünün forma geyindiyi “Adana Dəmirspor” səfərdə “Samsunspor”la qarşılaşıb.
30 yaşlı qolkiper 90 dəqiqə meydanda olub və 68-ci dəqiqədə sarı vərəqə alıb.
Adana təmsilçisi qələbə hesabını son dəqiqələrdə əldən verib - 1:1.
“Adana Dəmirspor” 33 turdan sonra 41 xalla 11-ci pillədə qərarlaşıb.