"Azərbaycanla matçda Estoniya ilə müqayisədə daha effektli olduq"
"Koşitsedə ailəm və dostlarım var. Ona görə də bu matçda qol vurmaq mənim üçün xüsusi idi".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının C Liqasında Azərbaycan yığmasının rəqibi Slovakiya milli komandasının futbolçusu Andrey Duda deyib.
İtaliyanın "Verona" klubunda legioner həyatı yaşayan 30 yaşlı yarımmüdafiəçi dünən millimizlə baş tutan matçda fərqləndiyi üçün xoşbəxt olduğunu bildirib:
"İnanıram ki, azarkeşləri sevindirə bildik. Nəticə bizi qane edir. Qısa müddətdə iki çətin oyundan 6 xal qazanmaq yaxşıdır. Fikrimcə, Azərbaycanla matçda Estoniya ilə müqayisədə daha effektli olduq".
Xatırladaq ki, Azərbaycan seçməsi Koşitse şəhərində rəqibinə 0:2 hesabı ilə uduzub, Duda 22-ci dəqiqədə penaltidən hesabı açıb.