Türkiyədə Ramillə Coşqunun duelini "Ümraniyəspor" qazandı
Türkiyədə azərbaycanlı futbolçuların dueli baş tutub.
Mediasport.az xəbər verir ki, 1-ci Liqada 31-ci tura millimizin üzvlərinin qarşılaşması ilə yekun vurulub.
Coşqun Diniyevin formasını geydiyi “Ümraniyəspor” Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”u qəbul edib.
Yığmamızın futbolçularının start heyətdə başladığı matç Ümraniyə təmsilçisinin qələbəsilə sonlanıb - 1:0.
Şeydayev 90 dəqiqə meydanda olub, 80-ci dəqiqədə əvəzlənən Coşqun isə 58-ci dəqiqədə sarı vərəqə alıb.
Diniyevin komandası qələbə sayəsində 37 xalla 11-ci pilləyə yüksəlib, aktivində 52 xalı olan "Kocaelispor"un 6-cı pillədəki yeri dəyişməyib.