Millimiz FİFA reytinqində gerilədi

Millimiz FİFA reytinqində gerilədi

Futbol üzrə Azərbaycan milli komandasının FİFA reytinqində mövqeyi açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmamız 5 pillə geriləyib və 1161.8 xalla 118-ci sırada qərarlaşıb.

Siyahıya dünya çempionu Argentina (1883,5) başçılıq edir. Fransa (1859,85) ikinci, İspaniya (1844,33) üçüncüdür.