Türkiyədə azərbaycanlıların dueli: Dadaşov Coşqun Diniyevə qarşı
Legioner həyatı yaşayan Azərbaycan millisinin 2 oyunçusu klub futbolunda növbəti oyunlarına çıxıblar.
Mediasport.az xəbər verir ki, Anton Krivotsyukun oynadığı Cənubi Koreyanın "Daejon" komandası evdə "Ulsan"a uduzub (0:1).
Yığmanın müdafiəçiəçisi oyuna start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
Albaniya Superliqasında top qovan Zamiq Əliyev "Eqnatia"nın heyətində "Partizani"yə məğlub olub (0:2)
Əliyev qarşılaşmaya əsas heyətdə başlayıb və 56-cı dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Bu gün daha 5 futbolçumuzun komandaları daxili birinciliklərdə meydana çıxacaqlar.
Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" Renat Dadaşovlu "Ankaragücü" ilə qarşılaşacaq.
Vüsal İsgəndərlinin uğurları üçün çalışdığı "Boluspor" doğma azarkeşlər önündə "Manisa"nı qəbul edəcək.
Milli komandamızın cinah oyunçusu Ozan Can Kökçülü "Helsinki" evdə "İlves"lə oynayacaq.
Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) "Erfurt"la üz-üzə gələcək.
Emil Mustafayevin uğurları üçün çalışdığı "Polessye" səfərdə "Karpati"nin qonağı olacaq.
27 sentyabr
Cənubi Koreya K Liqa 1. 32-ci tur
"Daejon" - "Ulsan" 0:1
Albaniya Superliqası. 7-ci tur
"Eqnatia" - "Partizani" 0:2
28 sentyabr
Türkiyə 1-ci Liqası. 7-ci tur
17:00 "Bandırmaspor" - "Ankaragücü"
20:00 "Boluspor" - "Manisa"
Finlandiya Veikkaus Liqası. Pley-off
20:30 "Helsinki" - "İlves"
Almaniya Şimal-Şərq Regional Liqası. 10-cu tur
15:00 "Dinamo" (Berlin) - "Erfurt"
Ukrayna Premyer Liqası. 8-ci tur
19:00 "Karpati" - "Polessye"