Avropa çempionu olmuş Anelka Diniyevin komandasında çalışacaq
Fransa millisinin sabiq hücumçusu Nikola Anelka Türkiyədə fəaliyyət göstərəcək.
Mediasport.az xəbər verir ki, 44 yaşlı veteran futbolçu Azərbaycan milli komandasının oyunçusu Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor"da baş direktor vəzifəsinə təyin olunub.
Xatırladaq ki, Anelka 2005/26 mövsümündə Türkiyədə "Fənərbağça"nın uğurları üçün çalışıb.
O, 2000-ci ildə yığma ilə Avropa çempionu olub.