"Şamaxı" azyaşlı uşaqları xərəkdaşıyan kimi istifadə edir!
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:
01.04.2023-cü il tarixində Premyer Liqanın XXVIII turunun “Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 49.2).
02.04.2023-cü il tarixində Premyer Liqanın XXVIII turunun “Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2) .
29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Zirə-2” – MOİK oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunur (maddə 39).
29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Sumqayıt-2” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə olunur (maddə 64.1).
30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “İmişli” – “Neftçi-2” oyununda “İmişli” klubunun 14 nömrəli futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1).
30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “İmişli” – “Neftçi-2” oyununda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 60).
30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Kəpəz-2” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz-2” komandası 5 sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilir (maddə 39).
31.03.2023-ci il tarixində Futzal üzrə 1-ci liqanın 14-cü turunda keçirilməli olan “Alyans Qrup” –MUM qarşılaşması “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə “Alyans Qrup” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1).
02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turunda keçirilən “Flaqman” – “Dalğa” oyununda, “Dalğa” komandasının qapıçısı Nizami Ağayev, oyunun 19:30 dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1).
02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turunda keçirilən “Xan Lənkəran” – “Zəngilan” oyununda, “Zəngilan” komandasının oyunçusu Seymur Xəlilov oyunun 11:18 dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın (maddə 41.1).
02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turunda keçirilən “Xan Lənkəran” – “Zəngilan” oyununda,”Xan Lənkəran” komandasının qapıçısı Bəyişli Aydın oyunun 11:18 dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın (maddə 41.1).
02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turu keçirilən “Çinar Zəngilan” – “Timsport” oyununda,”Timsport” komandasının qapıçısı Kərimov Orxan oyunun 08:00 dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1).
02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turu keçirilən “Baku Fire-3” – “Advokat” oyununda, “Baku Fire-3” komandasının oyunçusu Ramal Əhmədov oyunun 28:43-cü dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).