AVRO-2025: Millimiz əzmkar qələbə ilə ilk xallarını qazanıb
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2025-in seçmə qrup mərhələsində növbəti matçını keçirib.
Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Suraxanıda Lüksemburqla qarşılaşıb və qrupda 3-cü görüşünü əzmkar qələbə ilə başa vuraraq 3 xal qazanıb.
Yığmamız 3 gün əvvəl "Azərsun Arena”da Şimali İrlandiyaya məğlub olub (0:1), qrupun ilk oyununda isə səfərdə Serbiyaya uduzmuşuq - 0:2.
AVRO-2025. Seçmə qrup mərhələsi
F qrupu
18:00 Azərbaycan – Lüksemburq 3:2
Qollar: Nəriman Axundzadə, 41 (p), Yohan Torres, 88 (avtoqol), Ağadadaş Salyanski, 90+2 - Rayan Berberi, 45+5, Leon Elşan, 54.
Baş hakim: Dumitri Muntean (Moldova)
Bakı. “Azərsun Arena”.
Turnir cədvəli: Ukrayna – 9 xal (3 oyun), İngiltərə – 6 xal (3), Serbiya – 6 xal (3), Lüksemburq – 3 xal (4), Şimali İrlandiya – 3 xal (4), Azərbaycan – 3 xal (3).
Azərbaycan: 12. Yusif İmanov, 2. Abdulla Rzayev, 4. Cəlal Hüseynov, 3. Rüfət Əhmədov, 10. Veysəl Rzayev (k), 20. Emil Səfərov, 19. Samir Abdullayev, 17. Murad Vəliyev, 23. Ramin Nəsirli, 9. Nəriman Axundzadə.
Baş məşqçi: Samir Əliyev.
Lüksemburq: 12. Eldin Latik, 3. Fabio Lohei, 18. Migel Qonçavles, 22. Sofian İkene, 2. Yohann Torres, 16. Kleyton İriqoyen, 8. Fabio Serkeyra (k), 15. Massimo Aqostinelli, 21. Rayan Berberi, 9. Leon Elşan, 11. Selim Turpinq.
Baş məşqçi: Dan Huet.