Ağabala Ramazanovdan Şahin Diniyev haqda SƏRT SÖZLƏR: "Namərdlərə heç ayağımızın..."
Məlum olduğu kimi, "Səbail" 2018-2020 və 2022-2024-cü illərdə “dənizçilər”in formasını geyinmiş Ağabala Ramazanovla yolları ayırıb.
Mediasport.az xəbər verir ki, ötən mövsümün əvvəlində aldığı ağır zədə səbəbindən çempionatın tamamını buraxan kapitanla başa çatan müqavilə yenilənməyib.
Bayıl klubunun gözlənilməz addımına hiddətlənən 31 yaşlı hücumçu baş məşqçi Şahin Diniyevi tənqid edib.
Ağabala sosial şəbəkə hesabında 58 yaşlı mütəxəssis haqda sərt ifadələr paylaşıb:
"Namərdlərə ayağımızın tozunu da vermərik. "Mərd kişilərə görə canımızı da verərik. Nə qədər ki o klubda Şahin Diniyev var, o klubdan klub olmaz".