"Benfika"da oynamış futbolçu Azərbaycan Premyer Liqasında
Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan" növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Bernardo Diaş 2024-2025-ci il mövsümünü "qırmızı-ağlar"ın heyətində keçirəcək.
27 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçi son olaraq vətənində "Torense" klubunun formasını geyinib.
Vinger buna qədər Portuqaliyanın "Belenenseş", "Oeyraş", "Benfika B", "Şaviş" və Kiprin "Doha" klublarında çıxış edib.
Muxtar Respublika təmsilçisi yay transfer dövründə daha əvvəl Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodrigeş, İqor Ribeyru, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.