AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini cərimələdi

AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini cərimələdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən beş klubu cərimələyib.

Mediasport.az xəbər verir ki, 7-ci turun "Turan Tovuz"la matçında "Araz-Naxçıvan"ın 5 üzvünün sarı vərəqə ilə cəzalandığı üçün Muxtar Respublika klubu 700 manat, qərb təmsilçisi isə meydana kənar əşyalar atıldığına görə 800 manat ziyana düşüb.

"Səbail" - "Sabah" (2:4) oyununda Bayıl klubunun 7 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün 700 manat cərimələnib. Buna səbəb azarkeşlər tərəfindən qonaq komandanın və hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirilməsi olub.

Masazır klubu "Sabah" da 4 oyunçusu sarı vərəqə gördüyü üçün eyni məbləği ödəyəcək.

"Sumqayıt" "Zirə"yə məğlub olduğu (0:2) oyunda əsasnamənin tələblərini pozduğuna görə 500 manat ziyana düşüb.