Samir Abasova xəbərdarlıq - "Sabah" və "Zirə" cərimələndi
"Sumqayıt" Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sabah"a uduzub (1:3).
Mediasport.az xəbər verir ki, həmin qarşılaşmadan sonra "gənclik şəhəri" təmsilçisinin çalışdırıcısı Samir Abav intizam qaydalarını pozub. Nəticədə, mütəxəssis bu səbəbdən AFFA-nın İntizam Komitəsi tərəfindən xəbərdarlıq alıb.
AFFA azarkeşlərinə görə də "Sumqayıt"a xəbərdarlıq edib. Qonaq fanatlar rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə qurum xəbərdarlıq etməklə kifayətlənib.
"Sabah" - "Sumqayıt" görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Masazır klubu 800 manat cərimələnib.
İntizam Komitəsi "Zirə"ni də 2000 manat cərimələyib. Buna səbəb "Şamaxı" ilə matç başa çatdıqdan sonra qəsəbə təmsilçisinin AFFA nümayəndəsinin tələblərinə əməl etməməsi olub.