"Kəpəz"in baş məşqçisi istefa versə də, ərizəsi hələ qəbul olunmayıb
"Kəpəz"in baş məşqçisi Azər Məmmədov istefa ərizəsini yazıb.
Mediasport.az saytına verilən məlumata görə, Gəncə klubuna mövsümün əvvəlində təyin edilən mütəxəssis getməyə hazırlaşsa da, rəhbərlik qərar verməyə tələsməyib.
Məmmədova sabah klubdaxili iclas olacağı və istefa məsələsinə baxılacağı deyilib.
Qeyd edək ki, qərblilər bu gün Premyer Liqanın 12-ci turu çərçivəsində "Qarabağ"a 1:7 hesabı ilə məğlub olublar.
12 tur ərzində yalnız 1 dəfə - ilk turda "Neftçi" ilə matçda qələbə qazanan komanda turnir cədvəlində 6 xalla sonuncu pillədə qərarlaşıb.
İdmanxeber.az saytı Azər Məmmədovun klubun azarkeş qrupu “Xəmsə”nin rəhbəri Müşviq Məmmədova sabah istefa verəcəyini bildirdiyi ilə bağlı məlumat yayıb.