"Səbail"in futbolçusu Zimbabve səfərindən qələbə ilə qayıdıb
"Səbail"in futbolçusu Ayub Masikanın formasını geyindiyi Kenya millisi yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Mediasport.az xəbər verir ki, 32 yaşlı forvardın komandası səfərdə Zimbabve seçməsilə qarşılaşıb.
Bayıl təmsilçisinin üzvünün 90 dəqiqə meydanda olduğu görüş komandasının 3:1 hesablı qələbəsilə yekunlaşıb.
Qeyd edək ki, millidə 2012-ci ildən forma geyinən Masika bu illər ərzində 24 matç keçirib, 4 qol vurub.
O, Azərbaycanda bu ilin qışından çıxış edir.