Xorvatiya mətbuatı: "Qarabağ”ın öz liqasında çox güclü olmasını..."
Xorvatiyanın "gol.hr" idman portalı Azərbaycan Premyer Liqasının 30-cu turunun "Sabah" - "Qarabağ" matçı (3:2) haqda yazıb.
Mediasport.az xəbər verir ki, yazıda Azərbaycan çempionunun avrokuboklarda uğurlu çıxışından, "Sabah" və yeni baş məşqçisi Krunoslav Renduliçin fəaliyyətindən bəhs edilib.
"Krunoslav Renduliç 1 aydan bir qədər çox "Sabah"ın baş məşqçisi təyin olunsa da, artıq əsl kiçik möcüzəni reallaşdırdı. Onun komandası evdə "Qarabağ"ı 3:2 hesabı ilə məğlub etdi. Hansı ki, cəmi 1 ay əvvəl "Bay Arena"da "Bayer" qarşısında 2:0 hesabı ilə öndə idi və 1/4 finala yüksəlməyə yaxın oldu.
Şabi Alonsonun kollektivi möcüzəvi şəkildə artırılmış dəqiqələrdə qalib gəlsə də, az qala hamı Azərbaycan klubunun Bundesliqanın ən yaxşı komandası ilə cəsarətli oyuna görə alqışladı. "Qarabağ”ın liqasında çox güclü olmasını əsas izləyicilərini xeyli geridə qoyması və 30-cu turdan sonra ikinci pillədə qərarlaşan "Neftçi"ni 25 xal qabaqlaması faktı da sübut edir.
Bu matçda hər şey Renduliçin planına uyğun getmədi. "Qarabağ" artıq 7-ci dəqiqədə Andradenin sayəsində hesabda irəli çıxsa da, bu qol sanki xorvatiyalı mütəxəssisin komandasını silkələdi. "Sabah" 16-cı dəqiqədə Seydiyevlə bərabərlik qolunu vurdu, Sekidika isə ilk hissədə vəziyyəti tamamilə dəyişdi. Meydan sahibləri görüşün ikinci hissəsində Mütəllimovun sayəsində hesabı 3:1 etdi, Axundzadə isə 76-cı dəqiqədə oyunun yekun nəticəsini müəyyənləşdirdi.
"Sabah" bu qələbədən sonra hələ də avrokuboklara vəsiqə qazanmaq ümidini qoruyur. 3-cü pillədə qərarlaşan "Zirə" çempionatın bitməsinə 6 tur qalmış onları cəmi 3 xal qabaqlayır".
Qeyd edək ki, Renduliçin gəlişindən sonra "Sabah" 3 qələbə qazanıb və 2 dəfə məğlub olub.