Melo "Araz-Naxçıvan"da - RƏSMİ

Melo "Araz-Naxçıvan"da - RƏSMİ

Premyer Liqaya hazırlaşan “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

MediaSport.az xəbər verir ki, komanda braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb.

29 yaşlı dayaq yarımmüdafiəçisi ilə yeni mövsümün sonuna qədər müqavilə bağlanıb. 1.80 sm boya malik futbolçunun sonuncu klubu Ukraynada Odessa “Çernomores”i olub.

Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskilstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını klub saytına bölüşüb: “İlk dəfədir ki, Azərbaycanda oluram. Burada çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz-Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.