Səhv edən Şahruddin 2 qol buraxıb, fasilədən sonra əvəzlənib
Futbol üzrə Türkiyədə Superliqasında 26-cı turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" "Alanyaspor"un qonağı olub.
3:3 hesabı ilə başa çatan matçda yığmamızın qolkiperi kobud səhvlə yadda qalıb və fasilədə əvəzlənib.
Adana təmsilçisi 32 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.