Diniyevin komandası növbəti ev matçına çıxacaq - 1-ci Liqada
Türkiyə 1-ci Liqasında 17-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyəspor" bu tur evdə Giresun təmsilçisi ilə üz-üzə gələcək.
Xatırladaq ki, "Ümraniyəspor" hazırda yarışın turnir cədvəlində 19 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, milli komandamızın üzvü vərəqə cəzalısı olduğu üçün bu mu matçda komandasına kömək edə bilməyəcək.
Türkiyə 1-ci Liqası. 17-ci tur
14:30 "Bodrumspor" - "Göztəpə"
14:30 "Bandırmaspor" - "Adanaspor"
17:00 "Ümraniyəspor" - "Giresunspor"
20:00 "Altay" - "Keçiörəngücü"