Renat Dadaşovun Türkiyə klubunda yeni baş məşqçisi müəyyənləşdi
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi Türkiyə 1-ci Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi məlum olub.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisini Kənan Koçak çalışdıracaq.
43 yaşlı mütəxəssislə "1+1" illik müqavilə bağlanıb.
Daha əvvəl Türkiyə millisində köməkçi məşqçi işləmiş Koçak Cihat Arslanı əvəzləyib.
Xatırladaq ki, yığmamızın 25 yaşlı forvardı Ankara klubunun heyətində mövsümün əvvəlindən çıxış edir.
O, yeni komandasında 3 oyun keçirib, 1 qol vurub.