"Turan Tovuz"dan "Kəpəz"ə 4 qol

 "Turan Tovuz"dan "Kəpəz"ə 4 qol

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Turan Tovuz" təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçını keçirib.

Mediasport.az xəbər verir ki, Qurban Berdıyevin komandası "Kəpəz"i sınağa çəkib - 4:0.

Tovuz təmsilçisinin qollarının müəllifi Oto Con (2), Aleks Souza və Sadiq Şəfiyev olub.

Xatırladaq ki, Qəbələdə hazırlaşan "Turan" ilk sınaqda 2-ci Liqa klubu "Şəmkir"ə 13:0 hesabı ilə qalib gəlib.