Sentyabrın ən yaxşısı
İspaniya La Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. MediaSport.az xəbər verir ki, "Real”ın yarımmüdafiəçisi Federiko Valverde ötən ayın ən yaxşısı seçilib.
24 yaşlı uruqvaylı sentyabrda meydana çıxdığı 3 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Valverde bir neçə gün öncə klubunun heyətində də sentyabrın ən yaxşı oyunçusu elan edilmişdi.