Ronaldu-Messi qarşıdurması: Futbol dahilərinin son dueli?

Ronaldu-Messi qarşıdurması: Futbol dahilərinin son dueli?

Bu gün dünya futbolu azarkeşlərinin diqqətləri Səudiyyə Ərəbistanına - Ər-Riyad şəhərində yerləşənki “Kinqdom Arena”ya yönələcək.

Mediasport.az xəbər verir ki, futbol dahiləri - əfsanəvi Kriştianu Ronaldunun formasını geyindiyi "Əl-Nəsr"lə fenomen Lionel Messinin çıxış etdiyi "İnter Mayami" yarımadada yoldaşlıq görüşü keçirəcək.

Canlı əfsanələrin tarixdə bəlkə də sonuncu dueli Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Bir neçə həftə öncə yayılan xəbərlərə görə, zədə səbəbindən Ronaldunun görüşü buraxacağı bildirilirdi. Lakin bu gün Səudiyyə Ərəbistanı mediasında 38 yaşlı əfsanənin durumunun yaxşı olduğu diqqətə çatdırılıb.

Xatırladaq ki, Messi PSJ-də çıxış etdiyi zaman Paris klubu ilə Ronaldunun komandası arasında baş tutan yoldaşlıq görüşü Liqa 1 təmsilçisinin 5:4 hesablı qələbəsi ilə başa çatmışdı.